AcademIc IELTS

IELTS – International English Language Testing System adlanan sertifikat imtahanı ingilis dili biliyinizi test edən proqramdır. Qiymətləndirilmədən asılı olaraq iki modulda olur: General və Akademik IELTS.

Xarici ölkə universitetlərində ali təhsil almaq məqsədilə Akademic IELTS sertifikatı tələb olunur. Bu zaman ingilis dilində əsas 4 bölmə – dinləmə, oxuma, yazma və danışma üzrə bilik səviyyələri yoxlanılır. Academic IELTS imtahanının formatı General IELTSdən bölmələrə görə fərqlənir. Belə ki, danışma və dinləmə test formatları hər iki modulda eynidirsə, Yazma və Oxuma sualları Akademic IELTSdə daha qəlizdir.

İmtahanın davametmə müddəti 2 saat 45 dəqiqədir.

ACADEMİC IELTS imtahanına hazırlaşaraq yüksək nəticə əldə etməyiniz və xaricdə arzuladığınız ixtisas üzrə ali təhsil almağınız məqsədilə Academic IELTS kursumuzu təqdim edirik!

Kurs proqramın strukturu isə belədir:

 

✓ Writing

✓ Speaking

✓ Listening

✓ Reading

✓ Ödənişsiz ingilis dili səviyyə testi (Free placement test)

✓ Hər biri 90 dəqiqəlik (1.5 saat) müddətində online dərslər

✓ 09.00-21.00 vaxtı aralığında öz qrafikinizə uyğun online dərs saatları seçmə imkanı

✓ Fərdi və yaxud qrup şəklində online dərs proqramı

✓ Qeydiyyatdan əvvəl DEMO dərsdə (proqramın formatın göstərən qısa müddətli dərs) iştirak

✓ Hər həftəsonu onlayn platformalar vasitəsilə xarici müəllimlə “Free conversation club” (fərqli və maraqlı mövzularda)

✓ Hər həftəsonu yaş qruplarına uyğun kino günlərində (Movie days) iştirak

✓ Ayda 1 dəfə “IELTS MOCK EXAM”

Academic IELTS

İndi isə vacib nüanslardan olan Akademik IELTS imtahanın 4 vacib bölmə üzrə nəzərdən keçirək:

✓ Listening – 30 dəqiqə davam edir. 4 fərqli dinləmə mətni təqdim edilir. Recording 1-da iki ingilisdilli şəxsin gündəlik fəaliyyəti barədə danışığı, Recording 2-də tək şəxsin günlük hadisələr haqqında monoloqu olur. Recording 3-də maksimum 4 nəfərin akademik strukturlu danışığı, Recording 4-də isə tək nəfərin akademik yönümlü mövzuda danışı dinlənilir.

✓ Reading – 60 dəqiqə müddətindədir. Ümumi 40 sualdan ibarət test tapşırıqları verilir. Bütün suallar 3 bölmədən ibarət mətnlərlə verilir.

✓ Writing – 60 dəqiqə müddətində baş tutur. 2 ədəd fərqli yazı tapşırığı verilir. Task 1-də hər hansı cədvəl, qrafik yaxud diaqram verilir, tələbələrdən onun təsvirini, haqqında yazmağı istənilir. Task 2-də isə müəyyən bir mövzuda 250 sözlük inşa yazmaq lazımdır. Qeyd edək ki, hər iki Task-da yazı mətnləri formal, yəni akademik səviyyədə olmalıdır.

✓ Speaking – 11-14 dəqiqəlik müddətdə olur. 3 mərhələdən ibarətdir. Part 1-də 4-5 dəqiqəlik tələbənin özü haqqında və gündəlik mövzularda suallar soruşulur. Part 2-də tələbəyə bir vərəq verilir, vərəqdə müəyyən mövzu haqqında yazılır. Tələbə 1-2 dəqiqə düşünüb yaxud qeydlər aparıb daha sonra həmin mövzu haqqında 3-4 dəqiqə danışmalıdır. Müəllim bu mövzuda tələbəyə 1-2 sual verə bilər. Part 3-də 2-ci hissədə danışılan mövzu barədə daha geniş suallar verilir. Bu hissə 4-5 dəqiqə müddətində davam edir.

Akademik IELTS sertfikatı qazanaraq, xarici universitetlərdə oxumaq istəyirsinizsə, sadəcə kursumuza müraciət edin!