General IELTS

Xaricdə təhsil almaq, işləmək məqsədilə namizədlərdən daha çox xarici dil üzrə sertifikatlar tələb olunur. Bunlara IELTS, TOEFL və s. daxildir.
IELTS – International English Language Testing System adlanan sertifikat imtahanı ingilis dili biliyinin hansı səviyyədə olduğunu yoxlayan sistemdir.
IELTS-in iki modulu var: IELTS General və IELTS Academic

İmtahan 4 bölmədən ibarətdir: Oxuma, Yazma, Dinləmə və Danışıq

General IELTS daha çox ABŞ, Kanada, Avropanın bir çox ölkələrində işləmək üçün çox əhəmiyyətlidir. Əgər məqsədiniz miqrasiya və yaxud xarici ölkələrdən birində işə düzəlməkdirsə, o zaman IELTS General proqramına qoşulmağınızı tövsiyə edirik.  IELTS General imtahanı IELTS Academic imtahanı ilə eyni struktura malik olsa da, qiymətləndirmə sistemi bir az fərqlidir və oxuma (reading) və yazma (writing) bölmələri daha ümumi və sosial mövzuları əhatə etdiyi üçün nisbətən asandır.

IETLS imtahanından yüksək nəticə əldə etməyiniz məqsədilə “General IELTS” kursumuzu təqdim edirik. Kursumuza qoşulmaqla peşəkar IELTS mütəxəssislərimizin dəstəyi ilə effektiv şəkildə imatahana hazırlaşacaq, arzuladığınız balı toplayacaqsınız!

General IELTS

Kurs proqramımızın tərkibinə daxildir:

✓ Writing

✓ Speaking

✓ Listening

✓ Reading

✓ Ödənişsiz ingilis dili səviyyə testi (Free placement test)

✓ Hər biri 90 dəqiqəlik (1.5 saat) müddətində online dərslər

✓ 09.00-21.00 vaxtı aralığında öz qrafikinizə uyğun online dərs saatları seçmə imkanı

✓ Fərdi və yaxud qrup şəklində online dərs proqramı

✓ Qeydiyyatdan əvvəl DEMO dərsdə (proqramın formatın göstərən qısa müddətli dərs) iştirak

✓ Hər həftəsonu onlayn platformalar vasitəsilə xarici müəllimlə “Free conversation club” (fərqli və maraqlı mövzularda)

✓ Hər həftəsonu yaş qruplarına uyğun kino günlərində (Movie days) iştirak

✓ Ayda 1 dəfə “IELTS MOCK EXAM”

Gəlin GENERAL IELTS imtahanın 4 əsas bölmə üzrə daha dərindən analiz edək:

IELTS Listening

4 hissəlidir, vaxt müddəti 30 dəqiqə davam edir və 40 sualdan ibarətdir.

✓ Recording 1- iki nəfərin ümumi gündəlik danışığından

✓ Recording 2 – sosial mövzuda monoloqdan

✓ Recording 3 – dörd nəfər arasında gedən , tələbə ilə müəllimin arasında gedən müzakirədən

✓ Recording 4 – monoloqdur və ümumi mövzuda müzakirədən ibarətdir.

IELTS General Reading

40 sualdan ibarətdir, 60 dəqiqə davam edir. Bu vaxt ərzində tələbələr həm sualların cavabını tapmalı, həm də cavabları cavab vərəqinə köçürməlidir. Listening bölməsindən fərqli olaraq cavabları cavab vərəqinə köçürmək üçün əlavə vaxt verilmir.

Hesablama sistemində hər sual 1 balla qiymətləndirilir. Səhv verilmiş cavab düz cavablara təsir etmir. Sual kitabçası üzərində işlədikdən sonra cavablar cavab vərəqinə köçürülür.

IELTS General Writing

İki hissədən ibarətdir və 60 dəqiqə davam edir.

1-ci yazıda namizəd 20 dəqiqə ərzində minimum 150-sözdən ibarət yazı yazmalıdır. Yazı strukturu tam olmalı və əsas məqamlar öz əksini tapdıqdan sonra məzmuna görə qısa xülasə (conclusion) verilməlidir.

2-ci yazı Essay (inşa) şəklindədir və verilmiş fikir, arqument və ya problem haqqında namizədin təhlilini, təklifini və ya fikrini əks etdirməsi tələb olunur.

IELTS Writing Assesment, yəni IELTS Writing qiymətləndirilməsi hər hissə üçün ayrılıqda aparılır və 2-ci hissəyə (essay-inşa) daha çox bal verilir. Yəni namizədin 2-ci hissədəki nəticəsi ümumi Writing nəticəsinin əsas hissəsini təşkil edir.

IELTS Speaking

Speaking – Danışıq testi 11-14 dəqiqə olmaqla 3 əsas hissədən ibarətdir və namizədin səsi imtahan götürən tərəfindən qeydə alınır.

✓ I Hissə – İmtahan götürən ilk hissədə ümumi suallar verərək namizəddən özünü təqdim etməsini istəyir,suallar əsasən ailə, doğulduğu yer, iş, təhsil və hobbilər barədə olur. Bu hissə 4-5 dəqiqə çəkir.

✓ II Hissə  – Sual kartı təqdim olunur və 1 dəqiqə hazırlaşmaq üçün vaxt verilir. Bu hissədə namizəd bəzi nüasnları qeydə ala bilər və kağıza əsas danışacağı məqamları yaza bilər. Danışma müddəti 2 dəqiqədir. Əgər namizəd 1 dəqiqə yarım danışarsa və davam edə bilməzsə, bu zaman növbəti hissəyə keçilir. Bu kimi hallar balın azaldılmasına səbəb ola bilər.

✓ III Hissə – II Hissədə təqdim olunan mövzu və verilmiş cavablar əsasında daha detallı məlumat almaq üçün namizədə suallar verilir və müzakirə aparılır. Bu hissə 4-5 dəqiqə davam edir və namizəd hər hansı fikir və ya məsələ ətrafında ətraflı özünü ifadə etməyi bacarmalıdır.