IELTS ilə xaricdə oxu və işlə

IELTS imtahanı iki modul üzrə tədris olunur: General və Academic IELTS. Bu modulların hər birində ingilis dil üzrə Listening, Reading, Writing və Speaking bölmələrindən bilik səviyyəsi test olunur. Ümumi imtahanın davametmə müddəti 2 saat 45 dəqiqədir. IELTS sertifikatının etibarlılıq müddəti isə iki ildir.

General IELTS imtahanı xaricdə, daha doğrusu ingilisdilli ölkələrdə işləmək və karyera qurmaq istəyənlər üçün tələb olunan göstəricidir.

Deməli, Siz IELTS sertifikatı əldə edərək, xaricdə iş həyatınızı qura bilərsiniz. Bunun üçün sadəcə gələcək üçün məqsədlər qoyun və onları həyata keçirmək üçün ilk addımlarınızı atın.

IELTS imtahanının ikinci modulu olan Academic IELTS xaricdə təhsil almaq, universitet və kolleclərdə oxumaq üçün tələb olunan beynəlxalq ingilis dili sertifikatıdır. Academic IELTS imtahanında Reading və Writing bölmələri General IELTS-dən daha çətindir, akademik səviyyədədir.

IELTS ilə xaricdə oxu və işlə

Academic IELTS dərəcəsini əldə edərək xaricdə ingilisdilli ixtisaslarda təhsil almaq imkanı qazanırsınız.

General və Academic IELTS: Məqsədlərinizə, istəklərinizə uyğun olan modulu seçərək hazırlaşa bilərsiniz.

Arzuladığınız IELTS dərəcəsi almaq üçün sadəcə kursumuza qoşula bilərsiniz. Peşəkar IELTS mütəxəssislərimiz effektiv metodlarla və fərdi potenisalınıza uyğun qaydada Sizi imtahana hazırlaşdıracaq, gözlədiyiniz IELTS balını toplayacaqsınız!

Təhsilinizi və şəxsi inkişafınızı peşəkarlara etibar edin!