IELTS imtahan bələdçin

IELTS sertifikatı almaq istəyirsən? Sənin IELTS imtahanından yüksək nəticə əldə etməyin üçün bəzi məsləhətlər təqdim edirik:

✓ Əvvəlcə güclü və zəif cəhətlərini müəyyən etməlisən. Daha çox hansı bölmədə çətinlik çəkirsən? Ingiliscə danışan, dinləyən, yazan yaxud oxuyan zaman, bunu aydınlaşdırmalısan. Məsələn oxuma qabilliyyəti zəifdirsə, imtahana hazırlaşanda Reading bölməsinə fokuslanmalısan.

✓ Reading və listening bölmələrində tapşırığı oxumadan yaxud dinləmədən əvvəl sualları oxuyun, nələrə diqqət edəcəyinizi müəyyən edin. Ən əsası bölmələrarası keçid edərkən sizə fasilə üçün vaxt verilir, bu zaman suallarla yaxından tanış ola bilərsiniz.

✓ Writing bölməsində inşa yazarkən həddəna artıq açar cümlələrə və sonda yazını yoxlamağa vaxt ayırmayın. Çünki, zamanınız məhduddur.

✓ Bütün bölmələr üzrə tapşırıqları oxuyarkən hər sözü, frazanı anlamağa çalışmayın. Cümlənin ümumi mənasını başa düşməyə səy göstərin.

✓ Kursdan əlavə gündəlik praktika edin, əsas dinləmə və danışmaq üzrə. Heç olmasa 25-30 dəqiqə öz-özünüzlə ingiliscə danışın. Podkastlara, konverseyşnlara qulaq asın.

IELTS imtahan bələdçin

✓ İngiliscə məqalələr, kitablar oxuyun

✓ İmtahanda olan zaman aktiv olun və sulları gərəkirsə 2 dəfə diqqətlə oxuyun.

✓ IELTS imtahanın hər hansı xüsusi iş müsahibəsi kimi düşünün. İmtahan günündən əvvəlki gecə vaxtında və rahat yatın, səhər yuxudan erkən qalxın və özgüvənli şəkildə imtahanın keçirləcəyi yerə gedin.

IELTS imtahanından arzuladığın nəticəni əldə etmək istəyirsənsə, kursumuza qoşul! Təhsilini peşəkarlara etibar et!