Niyə IELTS imtahanı verməlisən?

Xaricdə oxumağa hazırlaşanlar, hansısa ingilis dilli ölkədə işləmək arzusunda olan şəxslər lazımi tələblər barədə araşdırırlar. Bu məqsədlə əsas tələb IELTS sertifikatının olmasıdır.

IELTS imtahanı – International English Language Testing System adlanır, iki modulda tədris olunur: General və Academic IELTS. Hər iki modulda 4 bölmə – Listening, Reading, WritingSpeaking üzrə bilik səviyyələri test olunur. Academic IELTS imtahanında ReadingWriting üzrə suallar daha qəliz, yəni akademik səviyyədə olur.

Bəs niyə IELTS imtahanı verməlisən?

✓ Xarici universitetlərdə ingiliscə istədiyiniz ixtisaslarda oxumaq, beynəlxalq səviyyədə karyera-iş imkanlarınızı artırmaq imkanına malik olacaqsınız. Belə ki, IELTS sertifikatı dünyada 140-dan çox ölkədə 10000 təşkilat tərəfindən tələb olunur ki, bu qurumların çoxu universitetlər və kolleclərdir.

✓ İngilis dilini peşəkar səviyyədə öyrənəcəksiniz. Yəni istənilən mövzuda araşdırma edəndə, xaricilərdə ünsiyyət quran zaman effektiv şəkildə ingiliscə danışacaqsınız.

✓ Dünya ədəbiyyatının əksər hissəsinin ingilis dilində yazıldığını nəzərə alsaq, IELTS dərəcəsi əldə edərək istədiyiniz janrda, mövzuda kitabları originaldan rahatlıqla oxuya bilərsiniz

✓ Əyləncə zamanınızı belə ingilis diliylə zənginləşdirə bilərsiniz. Sevdiyiniz film və serialları ingilis dilində altyazıya ehtiyac qalmadan izləmək imkanı qazanacaqsınız.

✓ İngilis dili American və British English olmaqla iki yerə ayrılır. Bu bölmələr bəzi xüsusiyyətlərinə görə fərqləndiyindən dil öyrənənlər üçün çətinliklər yaradır. Ancaq, IELTS imtahanı əldə edərək hər iki xüsusiyyəti özündə birləşdirən ingiliscəni yüksək səviyyədə mənimsəyəcəksiniz.

Niyə IELTS imtahanı verməlisən